Rusiya ABŞ səfirliyinin keçmiş əməkdaşını saxlayıbbackend

Rusiya ABŞ səfirliyinin keçmiş əməkdaşını saxlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Rusiyadakı səfirliyinin keçmiş əməkdaşı Robert Şonov saxlanılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Rusiya Federal Təhlükəsizlik Xidməti Robert Şonovu Vladivostokda saxladığını açıqlayıb.

Xarici dövlət və ya beynəlxalq-xarici təşkilatla əlbir olmaqda təqsirləndirilən Şonovun 8 ilə qədər həbs oluna biləcəyi bildirilib.

ABŞ-ın Rusiyadakı səfirliyi hazırda mövzu ilə bağlı heç bir məlumatın olmadığını açıqlayıb.

Şonov Moskvanın keçmiş KQB həbsxanası olan Lefortovo həbsxanasında saxlanılır.