Rusiya bankı ilk dəfə olaraq İranda nümayəndəlik açıbbackend

Rusiya bankı ilk dəfə olaraq İranda nümayəndəlik açıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya bankı ilk dəfə İranda nümayəndəlik açıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin tabeliyindəki İran Ticarətin İnkişafı Təşkilatının prezidenti Əli Rıza Peymanpak bildirib ki, Rusiyanın ikinci ən böyük bankı olan VTB Bank İranda nümayəndəlik açıb: “Ticarətin İnkişafı Təşkilatının davamlı səyləri nəticəsində Rusiyanın ikinci ən böyük bankı olan VTB Bank İranda nümayəndəliyini açıb. Bu, İranda birbaşa iştirakı olan ilk Rusiya bankıdır və bir hissəsidir. Valyuta gəlirlərinin trast şəbəkəsindən bank şəbəkəsinə ötürülməsi və ticarətin şəffaflığı təsirli olacaq”.

ABŞ başda olmaqla Qərb dövlətlərinin sanksiyaları altında olan İran və Rusiya ticarət və maliyyə əməkdaşlıqlarını artıraraq dolları bank əməliyyatlarından və ikitərəfli ticarətdən tədricən çıxarmağa çalışırlar.

Digər tərəfdən, Rusiya baş nazirinin müavini Aleksandr Novak bu gün nümayəndə heyəti ilə İrana səfər edir.

Novakın səfəri zamanı İran və Rusiya arasında bir sıra iqtisadi sazişlərlə yanaşı, Şimal-Cənub Dəhlizinin mühüm nəqliyyat şəbəkəsi kimi görünən Rəşt-Astara dəmir yolu sazişinin də imzalanması gözlənilir.