“Rusiya dağılmayana qədər müharibə bitməyəcək” — Ştilermandan iddialı BƏYANATbackend

“Rusiya dağılmayana qədər müharibə bitməyəcək” — Ştilermandan iddialı BƏYANAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Payızda Moskvaya ballistik zərbələr endiriləcək.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Fire Point” təşkilatının rəhbəri Ştilerman Rusiya-Ukrayna münaqişəsi və Rusiyanın daxili bazarı ilə bağlı bir sıra səs-küylü bəyanatlar səsləndirib.

O, bu payızda Moskva şəhərinə kütləvi ballistik raket zərbələrinin endiriləcəyini iddia edib.

Ştilerman həmçinin vurğulayıb ki, Ukrayna rəsmi olaraq 1991-ci il sərhədlərini tam bərpa etməyənə və Rusiya Federasiyası rəsmən süqut edib parçalanmayana qədər bu müharibə başa çatmayacaq.

“Fire Point” rəhbəri hərbi-siyasi bəyanatlarla yanaşı, Rusiyanın iri onlayn ticarət nəhənglərini də hədəf alıb.

O, “Biz əvvəlcə ‘Wildberries’i tam sıradan çıxaracağıq, bundan sonra isə ‘Ozon’ platformasını məhv edəcəyik” deyərək açıq şəkildə hədə-qorxu gəlib.

Onun bu iddiaları sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Xuraman Etibarlı

İnterpress.аz