Rusiya xərçəngə qarşı unikal dərman hazırlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Dərman artıq xəstəliyin mərhələsindən asılı olmayaraq xərçəngin müalicəsində istifadə olunur. Dünyada analoqu yoxdur, dərmanın təhlükəsizliyi sübut edilib.
Doqquzuncu Arbitraj Apellyasiya Məhkəməsi Rusiya Sənaye və Ticarət Nazirliyi ilə dərman istehsalçısı arasında mübahisəyə baxaraq, Rusiyada dünyada analoqu olmayan onkologiya dərmanının yaradılmasını elan edib.
Məhkəmə belə qənaətə gəlib ki, Rusiyada dövlət müqaviləsinin icrası çərçivəsində onkoloji xəstəliklərin müalicəsi üçün unikal dərman hazırlanıb.
Məhkəmənin məlumatına görə, “Afotid” adlı dərman artıq könüllülər üzərində istifadə olunub və 7 tibb mərkəzində klinik sınaqlara icazə verilib.
Xuraman Etibarlı
İnterpress.az