Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 8,5 faizə qaldırıbbackend

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 8,5 faizə qaldırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Mərkəzi Bankı siyasət faizini 7,5 faizdən 8,5 faizə qaldırdığını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Rusiya Mərkəzi Bankından verilən açıqlamada ölkədə inflyasiya gözləntilərinin artmaqda davam etdiyi qeyd edilib.

Daxili tələbin istehsal gücünü aşdığına diqqət çəkilərək, bu vəziyyətin iqtisadiyyatda inflyasiya təzyiqini artırdığı bildirilib.

2024-cü ildə inflyasiyanın 4 faizə endirilməsi hədəfinin hələ də qüvvədə olduğu vurğulanan açıqlamada, “Rusiya Mərkəzi Bankı siyasət faizini yüzdə 8,5-ə yüksəltməyə qərar verdi” ifadəsi işlədilib.

Bazar gözləntiləri Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 8-8,5 faizə qaldıracağı idi.

Açıqlamada bu il iqtisadiyyatın 1,5-2,5 faiz artacağı gözlənilir.

Rusiya Mərkəzi Bankı 2022-ci ilin fevral ayında Qərb ölkələrinin sanksiyaları səbəbindən siyasət faiz dərəcəsini 9,5 faizdən 20 faizə qaldırdıqdan sonra faiz endirimi prosesinə daxil olub və 2022-ci ilin sentyabrında keçirdiyi iclasda faiz dərəcəsini 7,5 faizə endirib.