Rusiya milli komandasının yeni baş məşqçisi məlum olub.
İnterpress.az Rusiya mediasına istinadla xəbər verir ki, Alina Kabayeva bədii gimnastika üzrə Rusiya milli komandasının yeni baş məşqçisi olacaq
Bundan əvvəl komandanı 24 il İrina Viner çalışdırsa da, dünən o, qəfil istefa verib.
Viner və Kabayeva arasında münaqişə olduğu bildirilir.
Alina Kabayeva Rusiyanın əməkdar idman ustasıdır.
İddialara görə, Rusiya prezidenti Vladimir Putinin gimnast Alina Kabayevadan üç övladı var.
Xuraman Etibarlı
İnterpress.az