Livan prezidenti Nəsrullahın dəfn mərasimində iştirak etmək üçün Hizbullahdan dəvət alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.
Bildirilir ki, Livan prezidenti Cozef Aun fevralın 23-də Nəsrullahın dəfn mərasimində iştirak etmək üçün Hizbullahdan dəvət alıb.
Onun iştirak edib-etməməsi məlum deyil.
Xatırladaq ki, Hizbullah lideri Həsən Nəsrullah 2024-cü il sentyabrın 27-də İsrailin Beyruta endirdiyi hava zərbəsi zamanı öldürülüb.
AFP-nin məlumatına görə, o, əvvəlcə gizli şəkildə dəfn edilib, çünki Livandakı vəziyyət kütləvi mərasim keçirməyə imkan vermirdi.
Xuraman Etibarlı
İnterpress.az