ABŞ-də həbsxanada olan bir rus amerikalı Fogellə dəyişdiriləcək – Peskovbackend

ABŞ-də həbsxanada olan bir rus amerikalı Fogellə dəyişdiriləcək – Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika həbsxanasında olan bir rus Amerikalı Fogelin azadlığa buraxılması müqabilində Rusiya Federasiyasına qaytarılacaq.

İnterpress.az xəbər verir ki, bunu Peskov jurnalistlərlə söhbətində deyib.

Peskov Zelenskinin Kursk vilayətinin ərazilərinin Rusiya Federasiyasının işğal etdiyi Ukrayna əraziləri ilə dəyişdirilməsi təklifini də şərh edib.

O, Rusiya ərazilərinin dəyişdirilməsi məsələsini heç vaxt müzakirə olunmadığını və olunmayacağını bildirib.

Putinin mətbuat katibi vurğulayıb ki, Ukrayna bölmələri Rusiya ərazisindən çıxarılacaq və ya məhv ediləcək.

Xuraman Etibarlı

İnterpress.az