Estoniya Gürcüstana xəbərdarlıq edib və hədələyib.
İnterpress.az xəbər verir ki, bu barədə Estoniya mediası məlumat yayıb. Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Estoniya parlamentində çıxış edərək Gürcüstan hakimiyyətinə səslənib.
“Gürcüstan hakimiyyəti zorakılıq tətbiq etməyə davam edərsə, biz sanksiyaları sərtləşdirməyə, o cümlədən vizasız rejimin ləğvinə davam etməyə hazırıq”, – Tsahkna deyib.
Tsahknanın qeyd etdiyi kimi, böhrandan çıxış və ölkədə etimadın bərpası yeni seçkilərin keçirilməsidir.
Onun sözlərinə görə, Gürcüstan indiki kursu ilə Avropa İttifaqına daxil ola bilməyəcək.
“Təəssüf ki, Aİ-nin genişlənməsi də dayandırıla bilər. Bunu hakim partiya ölkəni həm demokratiyadan, həm də Qərbin xarici siyasətindən daha da uzaqlaşdıran Gürcüstan hadisələri sübut edir,
Gürcüstanın hazırkı kursu ilə Aİ-yə daxil ola bilməyəcəyi və Gürcüstanda faktiki hakimiyyətdə olanların legitimliyi yoxdur.
Dedik ki, yeni seçkilərin keçirilməsi bu böhrandan çıxış yolu və etimadın bərpasıdır.
Hökumət zorakılıq tətbiq etməkdə davam edərsə, biz sanksiyaların sərtləşdirilməsinə, o cümlədən vizasız rejimin ləğvinə davam etməyə hazırıq”, – Tsahkna bildirib.
Xuraman Etibarlı
İnterpress.az