Kaliforniyada Boeing EA-18 elektron döyüş təyyarəsi qəzaya uğrayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb. Bildirilir ki, Boeing EA-18 Growler daşıyıcısına əsaslanan elektron döyüş təyyarəsi qəzaya uğrayıb.
Bu, ABŞ-nin Kaliforniya ştatının San Dieqo şəhəri yaxınlığında baş verib. Pilotlar atıla bilib.
Təyyarə ABŞ Hərbi Dəniz Qüvvələrinin 135-ci Elektron Müharibə Eskadrilyasına məxsus idi.
Kadrlarda təyyarənin Point Loma yaxınlığında suya düşdüyü görünür.
Xuraman Etibarlı
İnterpress.az