Helikopterin yandırılmasından xəbəri olan, lakin polisə məlumat verməyən şəxs MƏHKUM EDİLDİ – FOTObackend

Helikopterin yandırılmasından xəbəri olan, lakin polisə məlumat verməyən şəxs MƏHKUM EDİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Helikopterin yandırılmasından xəbəri olan, lakin bu barədə polisə məlumat verməyən şəxs məhkum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, Yamalo-Nenets Muxtar Dairəsində helikopterin yandırılmasından xəbəri olan, lakin bu barədə polisə məlumat verməyən şəxs məhkəmə qarşısına çıxıb.

Rusiya Federasiyası Mərkəzi İstintaq Komitəsinin müstəntiqlərinin məlumatına görə, sentyabrın əvvəlində anbarda işləyən 30 yaşlı İqor sosial şəbəkələrdə tanışlarından biri ilə əlaqə saxlayıb.

Yazışma zamanı həmsöhbət iki yeniyetmənin şəhər hava limanına gizlicə girərək yanacaqdan istifadə edərək vertolyotu yandırmağı planlaşdırdığını bildirib.

İqor dostunun sözlərini ciddi qəbul etməyib və polislə əlaqə saxlamayıb. Lakin sentyabrın 10-dan 11-nə keçən gecə iki nəfər avtomobillə hava limanının ərazisinə daxil olaraq Molotov kokteylindən istifadə edərək helikopteri yandırıblar.

Tezliklə FTX əməkdaşları tərəfindən saxlanılan şübhəlilər dindirmə zamanı naməlum şəxslərin yanğına görə 4 milyon rubl (təxm. 72 min 300 man) ödəyəcəklərini vəd etdiklərini etiraf ediblər.

Məhkəmə İqoru cinayət barədə xəbər verməmə maddəsi ilə təqsirli bilib və cərimə cəzasına məhkum edib.

Xuraman Etibarlı

İnterpress.az