Qaraçay-Çərkəzdə polis xidməti tapançası ilə oynayıb və təsadüfən həmkarını güllələyib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə, Qaraçay-Çərkəzdə polis xidməti tapançası ilə oynayıb və təsadüfən həmkarını güllələyib.
Ölən şəxs 23 yaşlı polis kiçik serjantı Əli Papşuovdur. Onun üçün təcili yardımı polis həmkarı Alan Orzaliyev çağırıb və o bildirib ki, Papşuov əlindəki tapançanı fırladıb və təsadüfən başından atəş açıb.
Lakin istintaq Orzaliyevin yalan danışdığını müəyyən edib: xidməti tapança ilə məhz o oynayıb.
Polis silahı təhlükəsiz yerə qoymadan tapançanı barmağında fırlatmağa başlayıb və atəş açılıb.
Güllə Əlinin başına dəyib və onu xilas etmək mümkün olmayıb.
Xuraman Etibarlı
İnterpress.az