Erməni futbolçu Mxitaryan milli komandadan getməsinin səbəbini AÇIQLADIbackend

Erməni futbolçu Mxitaryan milli komandadan getməsinin səbəbini AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni əsilli futbolçu Mxitaryan milli komandadan getməsinin səbəblərini açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediasına müsahibəsində FFA-nın keçmiş prezidenti Ruben Ayrapetyan bildirib.

Henrix Mxitaryanın milli komandadan getməsinin səbəblərindən biri onun anasının Ermənistan Futbol Federasiyasında (FFA) işdən çıxarılması olub.

O, futbolçunun yanvarda baş nazir Nikol Paşinyandan mükafat almaq üçün İrəvana gəlməməsindən sonra Mxitaryana qarşı sosial şəbəkələrdə yazılan yazılara da münasibət bildirib.

Ayrapetyan futbolçunun həmişə xeyriyyəçiliklə məşğul olduğu halda, “öz ölkəsinə heç bir faydası olmayan” insanların Mxitaryana vətənini sevməyi öyrətməyə çalışmasını absurd adlandırıb.

Xuraman Etibarlı

İnterpress.az