Rusiya Bakıda “Rus evi”nin bağlanmasından təəssüflənir.
İnterpress.az xəbər verir ki, bu barədə Vladimir Putinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
Peskov deyib ki, Moskva bakılı həmkarları ilə müxtəlif səviyyələrdə, bəlkə də ən yüksək səviyyədə qurumun işi ilə bağlı məsələ qaldıracaq.
“Bu, anlaşılmazlıqdır və biz buna təəssüf edirik. Biz bu məsələni müxtəlif səviyyələrdə olan həmkarlarımız qarşısında qaldıracağıq və dövlət başçıları səviyyəsində də qaldırılacağını istisna etmirik”, – o vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az