Soçidə 4,2 bal gücündə zəlzələ baş verib.
İnterpress.az xəbər verir ki, Bu barədə Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə mətbuat xidməti məlumat yayıb.
2025-ci il fevralın 13-də günorta saatlarında Soçinin şimalında 4,4 bal gücündə zəlzələ baş verib.
Sosial şəbəkələrdə Soçi sakinlərinin yeraltı təkanlar hiss etdiyi barədə məlumatlar dərc olunur.
Bildirilir ki, yeraltı təkanlar 10 km dərinlikdə, dağların Soloxaul kəndindən 8 km şərqdə qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, əhalidən müraciət daxil olmayıb. İnfrastruktur və həyat təminatı obyektləri normal işləyir; ölən və xəsarət alan yoxdur.
Xuraman Etibarlı
İnterpress.az