Rusiya Müdafiə Nazirliyinin ordu təchizatı üzrə yüksək vəzifəli şəxsi həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “RBK” məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyinin Resursların Təminatı Departamentinin Ərzaq İdarəsinin rəisi, polkovnik Viktor Tarazeviç saxlanılıb.
O, xüsusilə külli miqdarda dələduzluq etməkdə ittiham olunur.
Qeyd edək ki, polkovnik Tarazeviçin rəhbərlik etdiyi bölmə Rusiya ordusunda şəxsi heyətin qida ilə təmin edilməsinə cavabdeh olan əsas struktur hesab olunur.
Hazırda istintaq orqanları tərəfindən cinayət işinin təfərrüatları araşdırılır, polkovnikin qanunsuz əməllərinin miqyası müəyyənləşdirilir.
Xuraman Etibarlı
İnterpress.az






