Moskva məhkəməsi Dini İdarənin sədr müavini Damir Muxetdinovu 150 min rubl cərimələyib
İnterpress.az xəbər verir ki, bu barədə paytaxt məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
Moskva məhkəməsi Rusiya Federasiyası Müsəlmanları Dini İdarəsinin sədrinin birinci müavini Damir Muxetdinovu dini etiqad obyektlərinin təhqir edilməsində təqsirli bilərək 150 min rubl (təxminən 3 540 manat) məbləğində cərimələyib.
İstintaqın versiyasına görə, Muxetdinovun iş otağında asılmış tatar-monqol əsarətinin süjetlərini əks etdirən rəsm əsərləri milli və ya dini mənsubiyyətinə görə müəyyən insan qruplarına qarşı mənfi münasibət formalaşdıra bilər.
Qeyd olunan faktla bağlı Muxetdinov barəsində vicdan azadlığı, din azadlığı və dini birliklər haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati protokol tərtib edilib.
Məhkəmənin qərarı ictimaiyyətdə geniş müzakirələrə səbəb olub, hüquqi və dini dairələrdə müxtəlif mövqelər nümayiş etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






