Batmış gəmidən XVIII əsrə aid Çin farforu və Avropa malları TAPILDI – VİDEObackend

Batmış gəmidən XVIII əsrə aid Çin farforu və Avropa malları TAPILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç sahillərində batmış gəmidən XVIII əsrə aid Çin farforu və Avropa malları tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Norveç sahillərində aparılan sualtı arxeoloji qazıntılar zamanı maraqlı tapıntılar aşkar edilib.

Tədqiqatçılar təxminən XVIII əsrin ortalarına aid olduğu ehtimal edilən batmış gəminin qalıqlarından nadir Çin farforu kolleksiyası və müxtəlif Avropa mənşəli mallar çıxarıblar.

Mütəxəssislər bildirirlər ki, bu tapıntılar dövrün ticarət əlaqələrini və dəniz nəqliyyatı marşrutlarını öyrənmək üçün böyük əhəmiyyət kəsb edir.

Aşkar edilmiş əşyaların restavrasiya edildikdən sonra muzeylərdə nümayiş olunması nəzərdə tutulur.

Xuraman Etibarlı

İnterpress.az