Trampın komandası Ukrayna danışıqlarından “yorulub” – NYTbackend

Trampın komandası Ukrayna danışıqlarından “yorulub” – NYT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Trampın komandası Ukrayna üzrə danışıqlardan “yorulub”.

İnterpress.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

ABŞ Prezidenti Donald Trampın hərbi və diplomatik qələbələrə tez nail olmaq istəyi hazırda beynəlxalq arenada dalana dirənib.

Nəşr xatırladır ki, Tramp özünün ikinci müddətinə başlamazdan əvvəl Ukraynadakı müharibəni 24 saat ərzində bitirəcəyi ilə bağlı dəfələrlə iddialı vədlər vermişdi. Lakin prezidentlik andı içməsindən 16 ay keçməsinə baxmayaraq, o, bu mövzuya artıq çox nadir hallarda toxunur.

ABŞ-nin dövlət katibi Marko Rubio isə yaxın zamanlarda “sonsuz danışıqlara vaxt sərf etməkdən yorulduğunu” bildirib.

Eyni zamanda, Rusiya tərəfinin də ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerin vaxtaşırı səfərlərindən yorulduğu bildirilir.

Danışıqlardan xəbərdar olan şəxslərin “The New York Times”a verdiyi məlumata görə, Moskva işçi qrupları və müntəzəm görüşlərlə müşayiət olunan sabit diplomatik proses istəyir. Həmçinin, Rusiya rəhbərliyi Vaşinqtonun bu danışıqlara öz səfirini göndərməsini tələb edir.

Mövcud vəziyyət Ukrayna məsələsində diplomatik kanalların effektivliyinin azaldığını və tərəflərin daha strukturlaşdırılmış yanaşmaya ehtiyac duyduğunu göstərir.

Xuraman Etibarlı

İnterpress.az