Altayda “AĞCAQANAD APOKALİPSİSİ”: Sakinlər evlərindən ÇIXA BİLMİR – VİDEObackend

Altayda “AĞCAQANAD APOKALİPSİSİ”: Sakinlər evlərindən ÇIXA BİLMİR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kütləvi ağcaqanad hücumu Altayda həyatı iflic edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Altay diyarında ağcaqanadların kütləvi hücumu qeydə alınıb.

Həşəratların ərazini tamamilə bürüdüyünü bildirən yerli sakinlər vəziyyətin dözülməz olduğunu vurğulayırlar.

Məlumata görə, bu təbii “işğal” nəticəsində təkcə insanlar deyil, həm də ev heyvanları ciddi əziyyət çəkir.

Sakinlər vəziyyətin nəzarətdən çıxdığını bildirərək, aidiyyəti qurumları təcili tədbirlər görməyə çağırıblar.

Mütəxəssislər ağcaqanadların kütləvi çoxalmasını bölgədəki əlverişli hava şəraiti və rütubətli mühitlə əlaqələndirirlər.

Xuraman Etibarlı

İnterpress.az