CHP-li deputatlardan partiya rəhbərliyinə ULTİMATUM: “Qurultay keçirilsin”backend

CHP-li deputatlardan partiya rəhbərliyinə ULTİMATUM: “Qurultay keçirilsin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Böyük Millət Məclisinin 111 CHP-li deputatı növbədənkənar qurultay tələb edib.

İnterpress.az xəbər verir ki, bu barədə Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament fraksiyası məlumat yayıb.

Türkiyə Böyük Millət Məclisində təmsil olunan CHP-li 111 deputat birgə bəyanat imzalayaraq, iyulun 12-də partiyanın növbədənkənar qurultayının çağırılması tələbi ilə çıxış ediblər.

Deputatların imzaladıqları sənəddə qurultayın keçirilməsinin vacibliyi vurğulanıb. Hazırda partiya daxilində bu təşəbbüslə bağlı müzakirələr davam edir.

Partiya rəhbərliyinin bu kütləvi çağırışa necə cavab verəcəyi və iyulun 12-də qurultayın baş tutub-tutmayacağı yaxın günlərdə bəlli olacaq.

Xuraman Etibarlı

İnterpress.az