Maltada fişəng zavodunda partlayışda yaşayış evlərinə və avtomobillərə ziyan dəyib
İnterpress.az xəbər verir ki, bu barədə “Times of Malta” məlumat yayıb.
Maltada “Lourdes Fireworks Factory” fişəng istehsalı zavodunda güclü partlayış baş verib.
Hadisə nəticəsində zavodun ətrafındakı yaşayış evlərinə, avtomobillərə və digər obyektlərə ciddi ziyan dəyib.
Hələlik ölən və ya yaralananlar barədə rəsmi məlumat verilməyib. Hadisə yerinə xilasetmə və təcili yardım briqadaları cəlb olunub.
Дополнение: Fövqəladə halın başvermə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
Xuraman Etibarlı
İnterpress.az






