“Selcuksports” saytının administratoru Dənizlidə saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə hüquq-mühafizə orqanları məlumat yayıb.
İdman yarışlarının qanunsuz yayımlanması ilə məşğul olan məşhur “Selcuksports” saytının administratoru Selçuk Yılmaz Dənizli şəhərində keçirilən əməliyyat nəticəsində saxlanılıb.
“Selcuksports” futbol matçlarının pirat yayımı ilə məşğul olan və geniş auditoriyaya malik qeyri-qanuni platforma kimi tanınır.
Saxlanılan şəxsin qanunsuz yayım fəaliyyəti ilə bağlı istintaq tədbirləri davam etdirilir.
Platformanın fəaliyyəti müəllif hüquqlarının pozulması və qanunsuz yayım ittihamı ilə bağlı ciddi araşdırma altındadır.
Xuraman Etibarlı
İnterpress.az






