Mahaçqalada 6 nəfər dəm qazından ZƏHƏRLƏNDİbackend

Mahaçqalada 6 nəfər dəm qazından ZƏHƏRLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mahaçqalada 6 nəfər dəm qazından zəhərlənib.

İnterpress.az xəbər verir ki, bu barədə Dağıstanın Fövqəladə Hallar Nazirliyinin (FHN) regional baş idarəsi məlumat yayıb.

Mahaçqalada dəm qazından kütləvi zəhərlənmə faktı qeydə alınıb. Hadisə nəticəsində 6 nəfər zərər çəkərək tibb müəssisələrinə çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, zəhərlənənlərin vəziyyəti orta-ağırdır və stabildir. Onların həyatı üçün hazırda hər hansı bir təhlükə yoxdur.

Hazırda mütəxəssislər hadisənin baş verdiyi məkanda araşdırmalara başlayıb, dəm qazının sızma səbəbləri müəyyənləşdirilir.

Xuraman Etibarlı

İnterpress.az