İndoneziyada İkinci Dünya müharibəsinə aid olduğu ehtimal edilən bombanın partlaması nəticəsində 5 nəfər həlak olub.
İnterpress.az xəbər verir ki, bu barədə “Jakarta Globe” məlumat yayıb.
İndoneziyanın Biak-Numfor dairəsində faciəvi hadisə baş verib. Ehtimal olunur ki, İkinci Dünya müharibəsindən qalma bombanın partlaması nəticəsində 5 nəfər həyatını itirib, 3 nəfər isə itkin düşüb.
Bazar günü günorta saatlarında baş verən güclü partlayış altı evi yerlə-yeksan edib. Hadisə nəticəsində 19 nəfərin yaralandığı bildirilir.
Hazırda bölgədə axtarış-xilasetmə işləri davam etdirilir, partlayışın dəqiq səbəbləri ilə bağlı araşdırmalar aparılır.
Xuraman Etibarlı
İnterpress.az






