2 iyundan etibarən Ermənistandan ərik, albalı və üzümün Rusiyaya idxalı qadağan olunacaq.
İnterpress.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) iyunun 2-dən etibarən Ermənistandan ərik, gilas və üzümün ölkəyə gətirilməsini qadağan edib.
Qurumdan verilən açıqlamaya görə, qadağa Ermənistandan idxal edilən bitkiçilik məhsullarında fitosanitar tələblərin pozulması ilə bağlıdır.
Məhdudiyyətlərin konkret nə vaxta qədər qüvvədə qalacağı barədə əlavə açıqlama verilməyib.
Xuraman Etibarlı
İnterpress.az






