Peter Madyar: Prezident istefa verməsə, impeçment ediləcəkbackend

Peter Madyar: Prezident istefa verməsə, impeçment ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Madyar Macarıstan Prezidenti Şuyoku istefaya çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Peter Madyar məlumat yayıb.

Peter Madyar Macarıstan Prezidenti Şuyoka ultimatum verib. O, dövlət başçısını könüllü şəkildə vəzifəsindən istefa verməyə çağırıb.

Madyar bildirib ki, əks təqdirdə prezidentə qarşı konstitusiya qaydasında impeçment proseduruna başlanılacaq.

Madyarın sözlərinə görə, Şuyok dövlət başçısı kimi öz vəzifəsinin öhdəsindən gələ bilməyib və hökumət başçısı Viktor Orbanın rəhbərlik etdiyi hakimiyyətin sui-istifadə hallarına qarşı heç bir maneə törətməyib.

Siyasi rəqiblərin bu bəyanatı Macarıstanda daxili siyasi böhranın dərinləşə biləcəyindən xəbər verir.

Xuraman Etibarlı

İnterpress.az