Avtomobil DƏLƏDUZLUĞU: 250 nəfərin pulu HAVAYA UÇDUbackend

Avtomobil DƏLƏDUZLUĞU: 250 nəfərin pulu HAVAYA UÇDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada “Din-X Auto” şirkəti 250-dən çox vətəndaşı 1 milyard rubldan çox ziyana uğradıb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Rusiyada Koreyadan avtomobil çatdırılması adı altında fəaliyyət göstərən “Din-X Auto” şirkəti genişmiqyaslı dələduzluq sxemi ilə gündəmə gəlib.

Şirkət müştəriləri tullantı yığımı (utilizasiya haqqı) vergisinin artacağı ilə qorxudaraq, 2-dən 9 milyon rubla (təxminən 37 500 – 214 000 manat) qədər nağd ilkin ödəniş etməyə təşviq edib.

Vətəndaşlar böyük məbləğdə vəsaitləri ödəyərək müqavilələri məsafədən imzalayıblar və avtomobillərini gözləyiblər. Lakin sonradan məlum olub ki, avtomobillər heç vaxt Koreyadan çıxarılmayıb.

Şirkətin menecerləri anidən yoxa çıxıb, bütün yazışmalar silinib və müştərilər aldadıldıqlarını anlayıblar. Ümumilikdə 250-dən çox rusiyalı 1 milyard rubldan (təxminən 23 800 000 manat) çox vəsaitini itirib.

Aparılan yoxlamalar zamanı VIN-kodlar üzrə edilən araşdırmalar avtomobillərin mövcud olmadığını və ya başqa şəxslərə məxsus olduğunu təsdiqləyib.

Hazırda zərərçəkənlər kollektiv şikayət ərizələri ilə hüquq-mühafizə orqanlarına müraciət ediblər, dələduzluqla bağlı cinayət işi başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az