“İrakli Qaribaşvili bəyan edib ki, Gürcüstanda Rusiya üçün “ikinci cəbhə” açılmasına və Rusiya-Ukrayna müharibəsinə qoşulmağa imkan verməyəcəklər”.
İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.
“Bu, son aksiyalar və mümkün inqilab təhlükəsi fonunda gürcü xalqının dəstəyini qazanmağa hesablanmış “bizi devirsələr, Gürcüstanı müharibəyə qoşacaqlar” mesajı da ola bilər. Hərçənd, “ikinci cəbhəyə imkan verməyəcəyik” açıqlaması Rusiya-Qərb qarşıdurmasında rəsmi Tbilisinin tərəfini elan etməsi, Qərbə qarşı açıq mübarizə çağırışıdır. Və belə görünür ki, qonşumuzda küçədən keçəcək uzunmüddətli mübarizə mərhələsi başlayacaq”, – o bildirib.