Rusiya Ukraynada ilhaq etdiyi 4 rayonu Cənub Hərbi Dairəsinə daxil edibbackend

Rusiya Ukraynada ilhaq etdiyi 4 rayonu Cənub Hərbi Dairəsinə daxil edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Ukraynanın ilhaq edilmiş Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərinin Cənub Hərbi Dairəsinə əlavə edilməsi haqqında fərman imzalayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan Putinin imzaladığı fərmana əsasən, ölkənin Qərb Hərbi Dairəsindən Moskva və Leninqrad hərbi dairələri yaradılıb.

Beləliklə, ölkədə hərbi rayonların sayı Mərkəzi və Şərq bölgələri də daxil olmaqla 5-ə yüksəlib.

Bundan başqa, fərmana əsasən, Ukraynanın ilhaq edilmiş Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətləri Cənub Hərbi Dairəsinə daxil edilib.

Rusiya prezidenti Vladimir Putinin 30 sentyabr 2022-ci ildə imzaladığı fərmanla Ukraynanın Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətləri qanunsuz olaraq ilhaq edilib.