Rusiya Ukraynaya 18 raket atıb, hamısı məhv edilibbackend

Rusiya Ukraynaya 18 raket atıb, hamısı məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynaya 18 ədəd müxtəlif tipli raketlə hücum edib, amma həmin raketlərin hamısı məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Donanması İdarəsinin komandanı Nikolay Oleşuk bildirib.

Onun sözlərinə görə, mayın 16-da yerli vaxtla təxminən saat 03.30-da Rusiyanın 6 “MiQ-31K” təyyarəsindən 6 ədəd “Kinjal” “X-47M2”, Qara dənizdən gəmidən 9 ədəd “Kalibr”, yerüstü bazalardan birindən isə 3 “İskender-M” tipli raketlər atıb.

O qeyd edib ki, Rusiya bunlarla yanaşı 6 “Shahed-136/131”, 3 “Orlan-10” və “SuperCam” PUA-lar vasitəsi ilə hücuma edib və kəşfiyyat xarakterli əməliyyat keçirib.

Komandan raketlərin və PUA-ların hamısının məhv edildiyini vurğulayıb.