Ukraynada müharibənin başlamasından sonra Rusiya vətəndaşları Gürcüstanda 21300 şirkəti qeydiyyatdan keçiriblər.
İnterpress.az xəbər verir ki, bu barədə “ Beynəlxalq Şəffaflıq – Gürcüstan”, qeyri-hökumət təşkilatı məlumat yayıb.
Verilən məlumata əsasən, 2022-2023-cü illərdə Rusiya vətəndaşlarının Gürcüstanda qeydiyyatdan keçdiyi şirkətlərdən yalnız 1700-ə yaxını məlumdur.
İstiqamətlərə gəlincə, məlumata görə, bu 1700 şirkətdən aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərilir:
İnformasiya texnologiyaları və kompüter xidmətləri – 82,1%;
Təhsil, incəsənət, əyləncə – 4,4%;
Dizayn və reklam xidmətləri – 4,9%;
Ticarət və istehsal – 3,3%;
Müxtəlif xidmətlər – 5,3%.