Rusiyada ana 2 aylıq körpəsini dərmanla ÖLDÜRDÜ – FOTObackend

Rusiyada ana 2 aylıq körpəsini dərmanla ÖLDÜRDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buryatiyada ana 2 aylıq körpəsini dərmanla öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Buryatiyada yaşayan bir qadın körpəsinin çox ağlamasına əsəbiləşərək ona tromboz əleyhinə dərmandan ölümcül doza vurub.

İlkin məlumata görə, qadın əvvəlcə körpəni üzündən vurub, daha sonra bir neçə iynə edib. Uşaq hadisə yerində dünyasını dəyişib.

Ana tanışının evində gizlənməyə cəhd etsə də, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

O, etdiyi hərəkəti doğuşdan sonrakı depressiya və affekt vəziyyəti ilə izah etməyə çalışsa da, ekspertiza qadının hərəkətlərinin şüurlu olduğunu və körpəni qəsdən öldürdüyünü təsdiqləyib.

Xuraman Etibarlı

İnterpress.az