Rusiyada təyyarə istehsalı planı azaldılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya rəsmi mənbələri məlumat yayıb.
Rusiyada yerli təyyarə istehsalı ilə bağlı qarşıya qoyulan hədəflər yenidən nəzərdən keçirilib.
Plana əsasən, həm istehsal olunacaq təyyarələrin sayı azaldılıb, həm də onların təhvil verilmə müddəti əhəmiyyətli dərəcədə təxirə salınıb.
Məlumata görə, 2022-ci ildə qəbul edilmiş ilkin plana əsasən, 1036 təyyarənin istehsalı nəzərdə tutulurdu. Lakin 2024-cü ildə bu rəqəm 994 vahidə endirilib.
Cari ildə isə plan daha da ixtisar edilərək 944 vahidə çatdırılıb.
İstehsal həcminin azaldılması ilə yanaşı, layihənin icra müddəti də dəyişdirilib.
Belə ki, planın yerinə yetirilməsi üçün müəyyən edilmiş son tarix 2030-cu ildən 2035-ci ilə qədər, yəni 5 il müddətinə sürüşdürülüb.
Mütəxəssislər bunu sahədə yaranan texniki və iqtisadi çətinliklərlə əlaqələndirirlər.
Xuraman Etibarlı
İnterpress.az






