Rusiyada bəzi ixracatçı şirkətlər xarici valyuta satmaq məcburiyyətində qaldılarbackend

Rusiyada bəzi ixracatçı şirkətlər xarici valyuta satmaq məcburiyyətində qaldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin rublun ucuzlaşması səbəbindən ölkəsindəki əsas ixracatçılara xarici valyuta satma öhdəliyini yenidən tətbiq edib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Rusiya hökumətindən verilən açıqlamada Putinin bəzi Rusiya ixracatçı şirkətləri üçün fərman imzaladığı bildirilib.

Müvafiq olaraq, Rusiyanın 43 ən böyük ixracatçı şirkəti öz valyuta gəlirlərini daxili bazarda satmağa borcludur, bəzi rəsmi qurumlar isə bu şirkətlərin valyuta satış prosesinə nəzarət edəcək.

Bəyanatda fikirlərinə yer verilən Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov deyib ki, bu tədbirlərin əsas məqsədi valyuta bazarının şəffaflığını və proqnozlaşdırıla bilənliyini artırmaq və valyuta spekulyasiyası imkanlarını azaltmaqdır.

Ukrayna müharibəsindən sonra Rusiyadakı şirkətlərə valyuta satmaq öhdəliyi bir müddət sonra ləğv edilib. Lakin bu il rublun dollar qarşısında dəyərini 25 faizdən çox itirməsindən sonra onun yenidən həyata keçirilməsi gündəmə gətirilib.

Rusiya prezidenti Vladimir Putin sentyabrın 12-də verdiyi açıqlamada ixracatçı şirkətlərin valyuta gəlirlərini Rusiyaya “məhdud” şəkildə qaytardığına diqqət çəkib və deyib ki, onlar burada işləməyin daha təhlükəsiz olduğunu başa düşməlidirlər. Əminəm ki, müraciət etdiyim insanlar məni başa düşürlər.