Rusiyada gənclər arasında eşitmə problemi ilə bağlı müraciətlər iki dəfə artıb
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Son beş ildə Rusiyada gənclərin eşitmə problemləri ilə bağlı həkimlərə müraciətlərinin sayı iki dəfə artıb.
Həkimlər əsas səbəblərdən birinin qulaqlıqlardan yüksək səs səviyyəsində istifadə olduğunu bildirirlər.
Mütəxəssislərin sözlərinə görə, bəzi qulaqlıqlarda səs səviyyəsi 120 desibelə çata bilər.
Uzun müddət yüksək səsə məruz qalmaq yuxu və diqqət problemlərinə, nitqin anlaşılmasının çətinləşməsinə və qalıcı eşitmə itkisinə səbəb ola bilər.
Həkimlər həmçinin yüksək səsli konsertlərdən və uzun müddət hərəkətsiz qalmaqdan çəkinməyi tövsiyə edirlər.
Xuraman Etibarlı
İnterpress.az






