Rusiyada yaşayış evində baş verən güclü yanğında dörd nəfər ölüb.
Bu barədə “TASS” xəbər verir.
Yanğın Xakasiyanın Askizski rayonunun Ust-Çul kəndində baş verib.
Hadisə yerinin kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü uşaq daxil olmaqla dörd nəfərin cəsədi aşkarlanıb. Yanğının başvermə səbəbləri məlum deyil.