Rusiya-Ukrayna müharibəsində iştirak edən azərbaycanlı həlak olub.
İnterpress.az xəbər verir ki, iş adamı Azər Təbriz oğlu Qurbanov Donetskdə gedən döyüş zamanı həyatını itirib.
Məlumata görə, soydaşımız əslən Salyan rayonunun Qarabağlı kəndindən, onun həyat yoldaşı isə Neftçala rayonundan olub.
Kənd sakinləri İnterpress.az-a bildirib ki, 41 yaşlı A.Qurbanov Rusiya vətəndaşı olub. Qeyd edilib ki, iş adamı 10 il əvvəl Perm vilayətinin Berezniki rayonunda ağır cinayət törətmə ittihamı ilə 25 il müddətinə azadlıqdan məhrum edilib.
Onların sözlərinə görə, lakin bu ilin yanvar ayında A.Qurbanov həbsdən azad olunaraq Ukrayna ilə müharibəyə göndərilib: “Fevral ayının 9-da o, Donetskdə gedən döyüşlər zamanı həyatını itirib.
Amma ərazi neytral olduğu üçün cəsədləri götürə bilməyiblər. Yalnız may ayının 4-də onun cəsədi ruslar tərəfindən aşkar edilərək doğulduğu kəndə göndərilib”.