Rusiyada İngilis dili məhdudlaşdırılır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Dövlət Duması ingilis dilinin məhdudlaşdırılması haqqında qanunu birinci oxunuşda təsdiqləyib.
Dövlət Duması rus dilinin qorunması haqqında qanun layihəsini birinci oxunuşda dəstəkləyib.
Qanun layihəsinin əsas məqsədi Rusiyanın bütün ərazisində ingilis və xarici sözlərin istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqdır.
Qanun layihəsi qəbul edildikdən sonra lövhələrdə və vitrinlərdə «coffee», «fresh», «sale», «shop», «open» və digər yazılardan istifadə etmək mümkün olmayacaq.
Xuraman Etibarlı
İnterpress.az