Rusiyada miqrantlar üçün tibbi xidmət qaydaları SƏRTLƏŞDİRİLDİbackend

Rusiyada miqrantlar üçün tibbi xidmət qaydaları SƏRTLƏŞDİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada miqrantlar üçün tibbi xidmət qaydaları sərtləşdirilib.

İnterpress.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.

Rusiyada miqrantların pulsuz tibbi yardım almaq qaydaları dəyişdirilib.

Dövlət Dumasının sədri Vyaçeslav Volodinin sözlərinə görə, bundan sonra miqrantların tibbi sığorta polisini əldə etməsi üçün ölkədə ən azı 5 il qanuni şəkildə işləməsi tələb olunacaq.

Yalnız təcili tibbi yardım halları bu qaydadan istisna təşkil edir və həmin xidmətlər əvvəlki kimi pulsuz göstəriləcək.

Qanun dəyişikliyi hakimiyyətin miqrasiya siyasətini sərtləşdirmək istiqamətində növbəti addım kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az