Rusiyada quru, hava və dəniz elementləri ilə nüvə hücumu təliminin keçirildiyi açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Kremldən verilən açıqlamada Rusiya prezidenti Vladimir Putinin videokonfrans vasitəsilə izlədiyi təlimdə quru, dəniz və hava elementlərinə aid nüvə çəkindirici silahlardan istifadə edildiyi bildirilib.
Açıqlamada təlim zamanı ballistik və qanadlı raketlərin atıldığı, atışların Rusiya Milli Müdafiə Nəzarət Mərkəzi tərəfindən idarə edildiyi bildirilib.
Təlimdə qitələrarası Yars və Sineva ballistik raketlərindən istifadə edildiyi vurğulanıb. Rusiya dövlət televiziyasında yayımlanan təlim görüntülərində Putinə hesabat verərkən görünən Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib ki, təlim düşmənin nüvə hücumuna cavab olaraq böyük nüvə hücumu həyata keçirmə tapşırıqlarının icrasını əhatə edir.