Rusiyada özlərini polis kimi təqdim edən adam oğruları HƏBS OLUNDU – VİDEObackend

Rusiyada özlərini polis kimi təqdim edən adam oğruları HƏBS OLUNDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Volqoqradda özlərini polis kimi təqdim edib adam qaçıran 3 nəfər saxlanılıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Rusiyanın Volqoqrad vilayətində adam qaçırma faktı ilə bağlı üç yerli sakinə qarşı cinayət işi açılıb.

Şübhəli şəxslər küçədə tanımadıqları bir nəfərə özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək onu zorla avtomobilə mindiriblər.

Onlar qaçırdıqları şəxsdən sərbəst buraxılması müqabilində 400 min rubl (təxminən 8700 manat) tələb ediblər. Əks halda, zərərçəkəni uydurma “narkotik vasitələrin əldə edilməsi” ittihamı ilə cinayət işi açacaqları ilə hədələyiblər.

Hadisə ilə bağlı keçirilən operativ əməliyyat nəticəsində hər üç şübhəli şəxs həbs edilib.

Hazırda faktla bağlı başlanmış cinayət işi çərçivəsində istintaq araşdırmaları davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.аz