Rusiyada rekord yoluxma: Bir gündə 18 minbackend

Rusiyada rekord yoluxma: Bir gündə 18 min

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada ilk dəfə olaraq bir gündə 18 mindən çox COVID-19-a yoluxma qeydə alınıb.

Bu barədə Rusiyada infeksiya ilə mübarizə üzrə əməliyyat qərargahı xəbər verib.

Ümumilikdə 18 283 yoluxma halı müəyyənləşib, yoluxmuşların, demək olar ki, dörddə biri (22,3 faizi) xəstəliyi simptomsuz keçirir.

Yeni hallar Çukotka istisna olmaqla, bütün bölgələrdə aşkar edilib.

Ümumilikdə Rusiyada epidemiya başlayandan bəri 1.6 milyona yaxın yoluxma qeydə alınıb.

 

 

İnterpress.az