Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən, Rusiyada rəqəmsal rubldan istifadəyə başlanılacaq.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Rusiya rublunun nağd və nağdsız istifadə ilə yanaşı rəqəmsal şəkildə istifadəsini nəzərdə tutan fərmana əsasən, qurulacaq yeni elektron platforma vasitəsilə yeni rubl formatında əməliyyatlar mümkün olacaq.
Fərmanda qeyd olunub ki, sözügedən platforma Rusiya Mərkəzi Bankı tərəfindən idarə olunacaq.