Rusiyada “Chevrolet” sürücüsü yol verməyən təcili tibbi yardım maşınına atəş açıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Sankt-Peterburq şəhərinin Şuşarı qəsəbəsində təcili tibbi yardım avtomobilinə qarşı silahlı hücum qeydə alınıb.
“Chevrolet Lacetti” markalı avtomobili idarə edən 26 yaşlı gənc Valdayskaya küçəsində təcili yardım sürücüsündən yolu dərhal boşaltmağı tələb edib.
Təcili yardım sürücüsü bu tələbi rədd etdikdən sonra hirslənən gənc travmatik tapança ilə tibb avtomobilinə doğru atəş açıb. Hadisə iyulun 27-si gecə saatlarında qeydə alınıb.
Hadisə yerinə gələn patrul-post xidmətinin əməkdaşları şübhəli şəxsi dərhal saxlayaraq rəsmi polis şöbəsinə aparıblar.
Faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, zəruri araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı
İnterpress.аz






