Rusiyada siyasi dalğalanma: “Sovet İttifaqında totalitar rejim çökməsəydi,…”backend

Rusiyada siyasi dalğalanma: “Sovet İttifaqında totalitar rejim çökməsəydi,…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyadakı avtoritarizmin çökməsi Azərbaycanda sürətli demokratikləşmə prosesi yaradacaq”.

Bu sözləri Rusiyada baş verən prosesinlərin ümumilikdə beynəlxalq aləmə və regiona təsirlərini dəyərləndirən politoloq Xəqani Cəfərli İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən əsrin birinci yarısında Avropada totalitar və avtoritar rejimlərin demokratiya üzərində qələbəsinin əsas səbəbi Rusiyada gedən proseslər idi:

“Rusiyada (Sovet İttifaqında) totalitar rejimin çöküşü Avrasiyanın bütün guşələrində demokratikləşmə dalğası yaratdı. Sovet İttifaqında totalitar rejim çökməsəydi, Şərqi Avropadakı anti-kommunist hərəkatlar uğur qazana bilməz, Lex Valensa və Vatslav Havel heç bir zaman iqtidara gələ bilməzdilər. Gürcüstanda “Qızılgül inqilabı” və Ukraynada “Narıncı inqilab” ilə postsovet məkanında başlayan demokratikləşmə dalğası Rusiyada Putin avtoritarizmin tam bərqərar olmasının nəticəsi olaraq dayandı. Rusiyada Putinin avtoritar hakimiyyətinin qətiləşməsi (2006-2007-ci illər) ilə postsovet məkanında demokratikləşmə zəiflətdiyi kimi paralel olaraq avtoritarizm də gücləndi. Rusiyada avtoritarizmin güclənməsi Türkiyə və Macarıstanda avtoritar meyilləri gücləndirdiyi kimi, çox geniş coğrafiyada avtoritarizm meyillərini yenidən siyasi səhnəyə daşıdı. Azərbaycanda gedən proseslər ötən əsrin əvvələrindən bu günə kimi Rusiyadakı siyasi dalğalanmaya uyğun olub. Qarşıdakı zamanda da belə olacaq. Rusiyadakı avtoritarizmin çökməsi Azərbaycanda sürətli demokratikləşmə prosesi yaradacaq. Bu proses çox böyük ehtimalla bir neçə aydan sonra, təxminən 2023-cü ilin ikinci yarısında başlayacaq”.