Rusiyada yaşayış binasında baş verən dəhşətli partlayışdan ANBAAN VİDEO – YENİLƏNİB + FOTObackend

Rusiyada yaşayış binasında baş verən dəhşətli partlayışdan ANBAAN VİDEO – YENİLƏNİB + FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Noqinsk şəhərində baş verən partlayışın anbaan görüntüsü paylaşılıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdən görünür ki, partlayışın gücündən yaşayış evinin konstruksiyasının bir hissəsi uçur. Yaxınlıqda park edilən bir neçə maşına ciddi zərər dəyir.

Son məlumatlara görə, faciə nəticəsində iki nəfər həlak olub, beş nəfər isə xəsarət alıb.

10:20

Rusiyanın Noqinsk şəhərində doqquzmərtəbəli yaşayış binasında qaz partlayışı olub.

İlkin məlumatlarda binanın ikinci və üçüncü mərtəbələrinin, qismən də dördüncü mərtəbəsinin konstruksiyalarının zədələndiyi bildirilib. Ümumilikdə 5 mənzilə zərər dəydiyi vurğulanıb.

Partlayış nəticəsində zərərçəkənlər var. İndiyə qədər ikisi uşaq olmaqla üç nəfər xilas edilib.

Hadisə yerinə 60 nəfərlik heyət və 24 vahid texnika cəlb olunub.

 

Mənbə: “RİA Novosti”