Rusiyadan Qarabağa yenə humanitar yardım göndərildibackend

Rusiyadan Qarabağa yenə humanitar yardım göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Azərbaycanda yerləşdirilən sülhməramlı kontingenti Qarabağdakı ermənilərə növbəti dəfə humanitar yardım paylayıb.

Məlumatı Rusiya MN yayıb.

Keçmiş Əsgəran rayonunun iki kəndində yerləşdirilən ermənilərə verilən yardımı Rusiyanın ictimai təşkilatları və xeyriyyə fondları göndərib.

“Rus humanitar missiyası”, “Doktor Liza” və “Yaxşılığa tələs” qurumları adından sakinlərə təqdim edilən yardımda zəruri tələbat malları, o cümlədən geyim, gigiyenik məhsullar və uşaq oyuncaqları var.

Qeyd edək ki, xeyriyyə təşkilatları vasitəsilə indiyə qədər Qarabağ ermənilərinə 150 tondan çox humanitar yük çatdırılıb.

 

 

İnterpress.az