Rusiyanın Ermənistandakı poliqonunda partlayış: 1 ölübackend

Rusiyanın Ermənistandakı poliqonunda partlayış: 1 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələrinin Gümrüdəki 102-ci hərbi bazasının Şirak bölgəsindəki poliqonunda partlayış baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Kamxut dağ silsiləsində baş vermiş partlayış nəticəsində bir nəfər ölüb. Məlumata görə, mərmi saat 15:30 radələrində partlayıb.

Partlayış zamanı Vəhramaberd kəndindən olan 1957-ci il təvəllüdlü çoban ölüb.