Rusiyanın səhiyyə naziri Azərbaycana gəlibbackend

Rusiyanın səhiyyə naziri Azərbaycana gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın səhiyyə naziri Mixail Muraşko bu gün Azərbaycana səfərə gəlib.

“Report” xəbər verir ki, o, səfər çərçivəsində Fəxri xiyabanda Azərbaycanın ümummilli lideri Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

Nazir Bakıda Azərbaycanın rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Səfər zamanı həmçinin Azərbaycanla Rusiya arasında səhiyyə sahəsində əməkdaşlığa dair sənədin imzalanması planlaşdırılır.